Qadın voleybolunun Super Liqasında Bakının “Lokomotiv” və Azərbaycan çempionatında müsabiqədənkənar iştirak edən “Tbilisi” komandaları görüşüb.
Oxu.Az xəbər verir ki, “Lokomotiv” meydançaya ehtiyat komandasını çıxarıb. Amma bu ona əzmlə qələbə çalmağa mane olmayıb, oyun 3:0 (25:11, 25:20, 25:5) hesabı ilə sona çatıb.
“Lokomotiv” 29 xal ilə 3-cü yerdədir. 31 xalı olan “Telekom” liderlik edir, 2-ci yerdə isə 30 xalı olan “Azərreyl”dir. Komandalar 14 matç keçiriblər.
F.H.
www.oxu.az