Azərbaycan çempionatında iştirak edən dörd voleybolçu simvolik dünya yığmasına düşə bilər.
Oxu.Az xəbər verir ki, voleybolçulardan üçü “Rabitə”nin, biri isə “Lokomotiv”in oyunçusudur. Bu, taylandlı Nootsara Tomkom, dominikanlı Brenda Kastilyo, amerikalı Foluke Akinradevo (hamısı “Rabitə”nin oyunçularıdır), eləcə də “Lokomotiv”in italiyalı oyunçusu Valentina Ariqettidir.
Sorğunu məşhur WorldofVolley voleybol portalı aparır.
F.H.
www.oxu.az