Moskvanın “Lokomotiv” klubunun dörd futbolçusunda koronavirus aşkarlanıb.
Bu barədə 360.tv xəbər yayıb.
Məlumata görə, yarımmüdafiəçi Dmitri Barinov və Roman Tuqaryevin, hücumçu Timur Süleymanovun və qapıçı Anton Koçenkovun COVID-19 testinin cavabı müsbət çıxıb.
Futbolçularda xəstəlik simptomsuz keçir və hər kəs özünü yaxşı hiss edir. Onlar evlərində təcrid olunublar.