Azərbaycanın qadınlar üzrə “Lokomotiv” voleybol komandası İtaliyada əsas mövsümə hazırlaşır.
Oxu.Az xəbər verir ki, birinci yoldaşlıq matçında “Lokomotiv” “Bisonte Florense” komandası ilə oynayıb.
Oyun yoxlama xarakterli olduğu üçün tərəflər dörd partiya keçirmək barədə razılığa gəliblər.
Nəticədə hər iki komanda iki setdə qələbə qazanıb.
“Lokomotiv” ikinci matçını “San Kaçiano” klubuna qarşı sabah keçirəcək. Oyun sabah Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək.
“Pyaçentsa” və “Modena” ilə də yoxlama matçları planlaşdırılıb.
“Lokomotiv” Bakıya oktyabrın 11-də qayıdacaq, 2 günlük istirahətdən sonra Azərbaycanı Çempionlar Liqasında təmsil edən komanda Türkiyəyə təlimlərə yola düşəcək.
F.H.
www.oxu.az