Bakı “Lokomotiv”inin italyan voleybolçusu Valeriya Rosso “Schiacciamisto5.it” saytı üçün sorğuda iştirak edib.
Oxu.Az voleybolçunun ən maraqlı cavablarını sizə təqdim edir:
- Voleybol nədir?
- Voleybol ağıllı, texniki və fiziki güclü olmağı tələb edən idman növüdür. Sən komanda yoldaşların olmadan qalib gələ bilməzsən.
Mən voleybol ilə 7 yaşımdan məşğul oluram. Mən voleybolçu Mimi Ayura haqqında cizgi filmini çox sevirdim və onun kimi olmaq istəyirdim!
- Hansı qələbəni qazanmaq istəyirsiniz?
- Çempionlar liqasını.
İdmanda kumirim – Kerri Uolş. Onun üç uşağı var və o çimərlik voleybolu kimi mürəkkəb idman növü üzrə üçqat olimpiya çempionudur.
- Xarakterinizin müsbət və mənfi cəhətləri?
- Mən maksimalistəm. Bu əlbəttə ki, üstünlükdür. Amma bu, bəzən sənin əksinə işləyir.
- Pis vərdişiniz varmı?
- Mən yemək bişirməyi sevirəm, amma bundan sonra mənim mətbəximdə xaos hökm sürür.
- Kişilərdə sizi nə cəlb edir?
- Təbəssüm və gözlər.
- Təqvim üçün çılpaq foto çəkdirərdinizmi?
- Xeyr, heç vaxt.
Mənim sevimli şəhərim Firensedir. Sevimli filmim isə “Erin Brokoviç”dir.
F.H.
www.oxu.az