Luis Hemilton altıncı dəfə “Formula 1” üzrə dünya çempionu olub.
Oxu.Az xəbər verir ki, “Mercedes”in pilotu bu ada vaxtından əvvəl nail olub.
ABŞ Qran-Prisində ikinci yeri tutan 34 yaşlı idmançı sona iki tur qalmış çempionluğunu təmin edib.
Bu Qran-Prinin qalibi isə “Mercedes”in digər pilotu Valtteri Bottas olub.