Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Macarıstanın nəhəng hücumçusu gündəm oldu, qəhrəman adlandırıldı
Macarıstan millisi AVRO-2024-ün açılış oyununda uduzsa da, təkcə Barnabaş Varqanın qolu və Roland Şallayın driblinqi ilə deyil, həm də Martin Adamın meydana daxil olması ilə yaddaşlarda iz buraxıb. O, 79-cu dəqiqədə meydana çıxıb.
Doqquz nömrə dərhal ölçüləri ilə diqqət mərkəzinə keçib.
Ümumilikdə, Adam meydanda 18 dəqiqə keçirib və heç bir qarşıdurmada məğlub olmayıb. Matçdan sonra isə o, sosial şəbəkələrdə qəhrəman olub.
Qeyd edək ki, Martin Adamın boyu 190 santimetr, çəkisi isə 95 kiloqramdır. Hücumçu son iki ildə Koreyanın "Ulsan Hyundai" komandasında çıxış edir və onun tərkibində iki dəfə Key-Liqanın qalibi olub.
Mənbə: championat.com
"AVRO-2024" teqi üzrə xəbərlər
- Futboldan uzaqlaşdırılan ingiltərəli hakim kuryerlik etməyə başlayıb
- Güləş üzrə Avropa çempionatı: Ruzanna Məmmədova məğlub oldu
- "Bavariya" gənc hücumçu ilə müqaviləni uzadıb
- 2024-cü ilin ən yaxşı hakimləri bəlli olub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb