Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mahir Emrelinin "Nürnberq"ə transferi məsələsinə bu həftə aydınlıq gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisinin idman direktoru Joti Xatsialeksiu yerli mətbuata açıqlamasında deyib.
O, 27 yaşlı hücumçu ilə müqavilə imzalamağa hazır olduqlarını bildirib.
Qeyd edək ki, Mahir Emrelinin Zaqreb təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var.