Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mahir Emreli ilə maraqlanan Almaniya klubu bəlli oldu - ÖZƏL
Azərbaycan millisinin "Nürnberq" ilə müqaviləyə qarşılıqlı xitam verən hücumçusu Mahir Emreli ilə Almaniyanın "Kayzerslautern" klubu maraqlanır.
Oxu.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Emreli Almaniyada qalmağa davam etmək istəyir. Hazırda Emreli ilə Bundesliqa və Bundesliqadan-2-dən daha üç klub maraqlanır. Onlardan biri də "Kayzerslautern"dir. Lakin danışıqlar hələ çox irəli getməyib.
Qeyd edək ki, Mahir Emreli "Nürnberq" forması ilə son oyununa çıxmağa hazırlaşır.
Anar Həsənov
"Mahir Emreli" teqi üzrə xəbərlər
Ən çox oxunanlar