Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mahir Emreli "Kayzerslautern"ə keçidi barədə DANIŞDI
Almaniya təmsilçisi "Kayzerslautern"a transfer olunan Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni klubunda çatmaq istədiyi hədəflərinin olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə klubun rəsmi saytına açıqlamasında danışıb.
"Kayzerslautern" böyük kollektivdir. Almaniya karyerama başlamazdan əvvəl bu komandanı tanıyırdım. Ötən mövsüm "Nürnberq"in heyətində çıxış edərkən "Kayzerslautern" stadionunun atmosferi və azarkeşləri ağlımda qalmışdı. Mənə güvənən hər kəsə təşəkkür edirəm. Mənə göstərilən etimadı doğrultmaq üçün səbirsizlənirəm. Hədəflərimizə çatmaq üçün əlimdən gələni edəcəyəm", - M.Emreli deyib.
Qeyd edək ki, Mahir Emreli bu gün "Kayzerslautern" klubu ilə 3 illik müqavilə bağlayıb. O, klubun heyətində 10 nömrəli formanı geyəcək.