Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mahir Emreli: "Uzunmüddətli zədədən sonra vurduğum qol mənə böyük motivasiya verdi"
"Uzunmüddətli zədədən sonra vurduğum qol mənə böyük motivasiya verdi".
Bunu "Report"a açıqlamasında Almaniyanın "Nürnberq" klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
27 yaşlı hücumçu ötən gün II Bundesliqanın IX turunda "Qroyter Fyurt"a qarşı keçirilən matçda vurduğu qolu şərh edib:
"Qol vurduğum üçün möhtəşəm hisslər keçirirəm. Komandamız və azarkeşlərimiz adına çox sevinirəm. Bu matç, II Bundesliqada önəmli derbi matçlarından biri idi. Belə bir qarşılaşmada qələbəyə töhfə verdiyim üçün çox şadam. Uzunmüddətli zədədən sonra bu qol mənə böyük motivasiya verdi. İnşallah, uğurlu çıxışımın davamını gətirəcəyəm. Mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, "Qroyter Fyurt" - "Nürnberq" oyunu qonaqların 0:4 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı 13-cü dəqiqədə Mahir Emreli açıb.
"Mahir Emreli" teqi üzrə xəbərlər
- Miroslav Kloze: "Ümid edirəm ki, Mahir klubdan ayrıldığı formadadır"
- Mahir Emreli İsveçlə görüşdən sonra gözyaşlarını saxlaya bilməyib
- Mahir Emreli: "Cüzi də olsa, C Liqasında qalmaq şansımız var"
- Mahir Emrelinin keçmiş komanda yoldaşı "Real Madrid"in təklifini qəbul etməyib
- Ən potensiallı azərbaycanlı futbolçu
Rəylər