Futbol millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə İspaniya “Sevilya”sı arasında baş tutan Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra tribunada dava baş verib.
Oxu.Az xəbər verir ki, Ramon Sançes Pisxuan adına stadionda baş tutan matçda “Sevilya”nın xorvat yarımmüdafiəçisi İvan Rakitiçin 13-cü dəqiqədə yerinə yetirdiyi penaltidən sonra gərginlik yaranıb.
Xorvat azarkeşlər verilən penaltiyə sərt şəkildə etiraz edib. Onları İspaniya polisi dəyənəklərlə “sakitləşdirməyə” çalışıb.
Se estan dando la policia y los ultras del Dinamo pic.twitter.com/xaKothQiRz
— SFCSVQ1 (@SFCSVQ1) February 17, 2022
Qeyd edək ki, bu matçda Mahir Emreli meydana 57-ci dəqiqədə daxil olub. O, “Dinamo”nun xorvat əsilli avstraliyalı hücumçusu Deni Yuriçi əvəzləyib. Bu, Mahirin debüt matçı olub.