Bu ilin mart ayına qədər Ağdam şəhərinin qazlaşdırması ilə bağlı layihələndirmə işləri başa çatacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov məlumat verib.
Şöbə rəisi bildirib ki, növbəti mərhələ isə layihə aidiyyəti üzrə təqdim olunacaq:
“Maliyyə məsələləri həll olunduqdan sonra şəhərin qazpaylayıcı şəbəkəsinin quraşdırılması işlərinə başlanacaq”.
Onun sözlərinə görə, Şuşanın qazlaşdırılması ilə bağlı layihələndirmə işləri isə müəyyən qədər vaxt tələb edə biləcək.
Teymur Cəfərov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə qaz təchizatı sistemlərinin vəziyyəti qənaətbəxş deyil:
Demək olar ki, kommunikasiyaların bir qismi sıradan çıxıb, bir qismi isə tamamilə məhv edilib. Ermənilərin daha çox məskunlaşdığı yerlərdə infrastruktur müəyyən qədər mövcuddur. Ümumilikdə isə kommunikasiyaların vəziyyəti qeyri-qənaətbəxşdir. Biz burada müasir standartlara uyğun sistemlərin və yeraltı boruların çəkilməsini planlaşdırmışıq”.
Nigar Məmmədova