Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mahir Emreli "Nürnberq"dəki taleyinə aydınlıq gətirdi
Azərbaycanlı futbolçu Mahir Emreli sosial şəbəkə hesabında paylaşım edib.
Oxu.Az xəbər verir ki, "Nürnberq"də çıxış edən hücumçu transfer söz-söhbətlərinə aydınlıq gətirib.
"Son bir neçə gün ərzində mənimlə bağlı yayılan məlumatlara aydınlıq gətirmək üçün sizə müraciət edərək, anlaşılmazlığı aradan qaldırmaq istəyirəm. Mən "Nürnberq"in futbolçusuyam, səbirsizliklə meydanda və ondan kənarda əldə olunacaq uğurlu anları gözləyirəm", - deyə Emreli paylaşımında yazıb.
Azarkeşlərə səslənən Mahir əsas məqsədinin "Nürnberq"in uğurları olduğunu bildirib: "Əsas məqsədim komandanın ən yüksək nəticələr qazanmasıdır. İlk gündən bildirmişəm ki, sizi öz çıxışım və qollarımla sevindirmək üçün əlimdən gələni edəcəyəm. Nürnberq özümü xoşbəxt hiss etdiyim məkandır və səylə çalışmaq üçün tam motivasiyalıyam. İndi bütün diqqətlər növbəti oyunadır - sizin dəstəyinizə ehtiyacımız var və Hannoverdə 3 xal üçün birlikdə mübarizə aparacağıq".
Qeyd edək ki, Mahirin "Nürnberq"i tərk edərək, Cənubi Koreyaya yollanacağı xəbərləri yayılmışdı. Nəticədə, azərbaycanlı futbolçunun adı komandasının son iki oyununda iştirak ərizəsinə daxil edilməmişdi.

Son zamanlarda Almaniyanın "Nürnberq" klubundan ayrılacağı bildirilən Mahir Emreli minimum mövsüm sonunadək komandada qalacaq.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, "Seul" klubu Mahir Emrelinin transferindən hazırkı vəziyyətdə imtina etdiyi üçün futbolçu "Nürnberq"də qalacaq.
Azərbaycanlı futbolçu artıq komanda ilə məşqlərə də qatılıb.
Qeyd edək ki, Mahir Emreli bu mövsüm "Nürnberq" klubu ilə ümumilikdə 15 oyunda meydana çıxıb, dörd qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.
Anar Həsənov
"Mahir Emreli" teqi üzrə xəbərlər
- Mahir Emrelinin paylaşımı "Nürnberq" klubunda etirazlara səbəb oldu
- Almaniya mediası Mahir Emrelini eqoist adlandırdı
- Miroslav Kloze Mahir Emreli haqqında optimist olmağa çalışır
- Mahir Emrelinin "Munster"lə görüşdə meydana çıxmamasının səbəbi bəlli olub
- Miroslav Kloze: "Mahir Emreli oruc tutduğu üçün ona hörmət edirəm"