"Formula-1" üzrə dünya çempionatının 17-ci mərhələsi hesab olunan Sinqapur Qran-prisində sprint yarışının qalibi Niderland təmsilçisi, "Red Bull" komandasının sürücüsü Maks Ferstappen olub.
Oxu.Az xəbər verir ki, bu barədə çempionatın rəsmi saytı məlumat yayıb.
İlk üçlükdə, həmçinin "Ferrari" komandasının iki pilotu - Lyuis Hemilton və Şarl Lekler yer alıblar.
Qeyd edək ki, yağışlı hava şəraiti ilə əlaqədar olaraq yarışın startı planlaşdırılandan yarım saat gec verilib. Bu gün Sinqapur Qran-prisinin əsas yarışı üçün təsnifat mərhələsi baş tutacaq (Bakı vaxtı ilə saat 17:30-da).