Malta millisinin baş məşqçisi Tom Saintfit Millətlər Liqasının püşkünü dəyərləndirib.
Oxu.Az xəbər verir ki, belçikalı məşqçi Azərbaycan, Kosovo və Farer adalarının yer aldığı qrupu çətin adlandırıb:
Düzünə qalsa, püşkə dair qarışıq hisslərim var. Bir tərəfən sevinirəm ki, Farer adaları ilə oynayacağıq. Çünki keçmişdə mən bu ölkədə məşqçilik etmişəm və futbolçu kimi oynamışam. Digər tərəfdən də çətin qrupa düşmüşük. Ola bilsin ki, reytinqə görə bizdən cəmi 2 komanda – San Marino və Cəbəllütariq zəif görünə bilər. Çünki rəqiblərimizdən Kosovo dünyanın 178-ci, Azərbaycan 118-ci və Farer adaları 97-ci komandasıdır. Zəif rəqiblərimiz yoxdur. Qrupdan çıxmaq çətin tapşırıq olacaq. Farer adaları kimi millilər kiçik ölkələr kimi görünə bilər. Ancaq onlar möhkəm komandadır və onlardan xal almaq üçün ağır döyüş gedəcək. Biz bu yarışa evdə qələbə ilə başlamalıyıq. Sonra biz necə çıxış edəcəyimizi müəyyənləşdirəcəyik”.
Qeyd edək ki, Malta dünya reytinqində hazırda 185-ci yerdə qərarlaşıb.
Səbuhi TOFİQOĞLU
www.oxu.az