Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Mançester Siti"nin ingiltərəli ulduz futbolçusu karyerasını bitirir?
"Mançester Siti"nin 29 yaşlı ingilis yarımmüdafiəçisi Cek Qriliş 18 aydır ki, fiziki hazırlığını bərpa edə bilmir, futbolçu məhz bu səbəbdən karyerasını bitirə bilər.
Oxu.Az xəbər verir ki, bu fikirləri ingilis idman jurnalisti Ceff Stellinq deyib.
Stellinq qeyd edib ki, Qrilişin "Mançester Siti"də qol vura bilməməsi təsadüfü deyil. Çünki belə heyətlə, hətta gənclər komandasının oyunçusu da qol vura bilərdi.
Jurnalistin fikrincə, Qriliş 2022-ci ildə oyun şəraitini itirməyə başlayıb və bu, onun start heyətdə Savinyo ilə əvəzlənməsinə səbəb olub.
"Qvardiola dəfələrlə Qrilişin zəif performansına işarə edib. Artıq iş o yerə çatıb ki, məşqçi mətbuatda onu açıq şəkildə tənqid edir. Düşünürəm ki, bu, təkcə "Mançester Siti"dəki karyerası üçün deyil, ümumilikdə futbol üçün sondur", - deyə Stellinq iddia edib.
"Mançester Siti FK" teqi üzrə xəbərlər
- "Mançester Siti" sabiq futbolçusunu geri qaytarmaq istəyir
- Pep Qvardiola ingiltərəli ulduza xəbərdarlıq edib
- "Qalatasaray" rəsmilərinin gizlin görüşdüyü ulduz futbolçunun kimliyi bəlli olub
- Holanddan dubl, "Mançester Siti"dən darmadağın
- "Fənərbağça" belçikalı ulduza həftəlik 250 min funt-sterlinq təklif edib
Rəylər