Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA - 08.01.2025
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Oxu.Az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.
Yanvarın 8-i saat 9:00-a olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub.
Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9, Neftçalada 5, Şəki, Lənkəran, İsmayıllı, Oğuz, Balakən, Şamaxı, Qobustan, Biləsuvar, Lerik, Astarada 3 mm-dir.
Naxçıvan, Culfa, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Balakən, Şəmkir, Şəki, Qəbələ, Şamaxı, Yevlax, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-də və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
Rəylər