Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Mançester Yunayted" azarkeşlərini itirmək təhlükəsi ilə üz-üzədir
"Mançester Yunayted"in "The 1958" fanat qrupu azarkeşləri son illərdə hədəflərindən uzaq düşən komandanın durumuna kütləvi etiraz etməyə səsləyib.
Oxu.Az "The Athletic"ə istinadən xəbər verir ki, sözügedən azarkeş qrupu bəyanat yayaraq, "Mançester Yunayted" fanatlarını İngiltərə Premyer Liqasının 28-ci turunda "Arsenal"la ev oyununa qara geyimdə gəlməyi xahiş edib.
"The 1958" belə etirazla "qırmızı şeytanlar"ın yavaş-yavaş öldüyünə eyham vurmağı planlaşdırır.
Qeyd edək ki, "Mançester Yunayted" - "Arsenal" görüşü martın 9-da reallaşacaq.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar