Yayda "Mançester Yunayted"dən ayrılacaq Kazemironun transferində bir sıra klublar maraqlıdır.
Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın "Korintians", Türkiyənin "Fənərbağça", Səudiyyə Ərəbistanının "Əl-Əhli" və İtaliyanın "Milan" klubları oyunçunu heyətlərinə qatmaq istəyirlər.
Qeyd edək ki, braziliyalı futbolçunun "Mançester Yunayted"lə olan müqaviləsi bu ilin yayında başa çatır. Kazemironun klubla müqaviləsini uzadacağı gözlənilmir.
