"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Kazemiro karyerasını ABŞ-də davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə MLS təmsilçisi "İnter Mayami"nin rəsmi saytı məlumat yayıb.
34 yaşlı braziliyalı futbolçu ilə 2027-ci il mövsümünün sonunadək müqavilə imzalanıb. Razılaşmaya əsasən, müqavilənin müddəti daha iki il uzadıla bilər.
Kazemironun 2022-ci ildən çıxış etdiyi "Mançester Yunayted"lə müqaviləsinin müddəti bu yay başa çatıb.
Təcrübəli yarımmüdafiəçi İngiltərə klubunun heyətində keçirdiyi 160 oyunda 26 qol vurub, 14 məhsuldar ötürmə verib.
Qaynar xətt:
(055) 224 12 12