İngiltərə Premyer Liqası (APL) “Mançester Yunayted” və “Çelsi”ni maliyyə feyr-pley qaydalarını pozduğuna görə turnirdən kənarlaşdıra bilər.
Məlumata görə, Mançester klubu 2009-cu ildən bəri 115 fair-play pozuntusunda, londonlular isə vasitəçilərə qeyri-qanuni ödənişlərdə şübhəli bilinirlər.
Əgər klublar günahkar bilinsə, ən pis halda liqadan qovulacaqlar.
Qeyd edək ki, “Mançester Yunayted” bu mövsüm 12 matçda iştirak edib və 21 xal qazana bilib. Komanda İngiltərə çempionatının turnir cədvəlində altıncı yerdədir. 12 görüşdən sonra “Çelsi” 16 xal toplayıb və 10-cu yerdədir. İngiltərə Premyer Liqasının lideri isə 28 xalı olan “Mançester Siti”dir.
Mənbə: gazeta.ru
Rəylər