Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ rəsmisi: “HƏMAS-ın kökünü kəsmək üçün İranla ciddi məşğul olmaq lazımdır” - FOTO
“Fələstinli HƏMAS yaraqlılarının kökünü kəsmək üçün bir tələb var, o da İran ilə ciddi məşğul olmaqdır”.
Bu sözləri ABŞ-nin keçmiş müdafiə naziri Mark Esper CBS telekanalına müsahibəsində deyib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
“HƏMAS-ı qəti şəkildə məğlub etmək və məhv etmək üçün onun hərbi gücünün bərpasının qarşısı alınmalıdır. Bunun üçün İranla ciddi şəkildə davranılmalı, bu ölkədən silah verilməsi, vəsait təmini və bu kimi digər dəstəklər dayandırılmalıdır”, - deyə Mark Esper bildirib.
Donald Trampın prezidentliyi dövründə müdafiə naziri olmuş Mark Esper İsraillə HƏMAS arasında istənilən atəşkəsə qarşı olduğunu qeyd edib.
“Bu müharibədə bir neçə günlük atəşkəs HƏMAS-ın xeyrinədir. Belə ki, bu ona özünü yenidən toplayıb silahlanmağa və İsraillə müharibəni davam etdirə bilmək üçün vaxt qazanmağa imkan verəcək”, - deyə o qeyd edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- İlon Maskın Tramp administrasiyasında əsl vəzifəsi öyrənildi
- Colani cihadçıdan mühafizəkar demokrata çevrilir: 13 il əvvəl Əsədə kim mane oldu?
- Tramp cari ildə ikinci dəfə "ilin adamı" elan edilib
- Antoni Blinkendən İranla bağlı sensasiyalı bəyanat
- Trampdan Kanada ilə bağlı növbəti paylaşım: ABŞ-nin yeni ştatı olacaq?
Rəylər