Futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunun “Brentford” - “Mançester Yunayted” oyunu qonaq komandanın üzvləri arasında koronavirusa yoluxma hallarının müşahidə edilməsi ilə əlaqədar təxirə salınıb.
Bu barədə “Mançester Yunayted”in mətbuat xidməti məlumat yayıb.
Oyunun bu gün (dekabrın 14-də) “Brentford Kommyuniti” stadionunda keçirilməsi nəzərdə tutulurdu.
Qeyd olunur ki, “Mançester Yunayted”in bir neçə futbolçusunun və texniki heyət əməkdaşlarının koronavirus testi müsbət nəticə verib.
Virusa yoluxan futbolçuların adları açıqlanmır.
Mənbə: Manutd.com