Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Maradona onu şərləyəni axtarışa verdi
Argentinalı canlı futbol əfsanəsi internetdə onun barəsində səs yazıları paylaşan şəxsin kimliyi ilə bağlı dəqiq və düzgün məlumatın verilməsinə görə 10 min dollar mükafat təyin edib.
Oxu.Az xəbər verir ki, bunu onun vəkili Matias Morlu açıqlayıb.
Bir müddət əvvəl sosial şəbəkələrdə yayılmış sözügedən səsyazılarında kimliyi bəlli olmayan şəxs Maradonanın Rusiyada stadiondan xəstəxanaya aparıldığını və orada ürək tutmasından öldüyünü bildirmişdi.
Vəkilin sözlərinə görə, 1986-cı ilin futbol üzrə dünya çempionu bu xəbəri eşitdikdə şoka düşüb.
Nigeriya-Argentina matçı zamanı stadionun VİP oturacağında əyləşən Maradona oyuna kifayət qədər çılğın şəkildə reaksiya göstərir və binmənalı qarşılanmayan jestlər nümayiş etdirirdi.
Maradona nümayəndələrinin sözlərinə görə, matç zamanı canlı əfsanənin arterial təzyiqi həddindən artıq qalxıb.
“Həkimlər ona oyunun ikinci hissəsinə baxmamağı və otelə yollanıb dincəlməyi tövsiyə etdilər. Ancaq Maradonadan bunu istəmək, uşaqdan anasını sevməməyi tələb etmək kimi bir şeydir. Onun üçün Argentina komandası “anadır”, onu heç vaxt tərk edə bilməz”, - deyə Maradonanın vəkili bildirib.
F.M.
www.oxu.az
"Argentina" teqi üzrə xəbərlər
- Argentina prezidenti altı saat ərzində LIBRA mem-tokenini yüksəltdi və "dəfn etdi"
- Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı mühüm qərar qəbul edildi
- ABŞ-dən sonra Argentina da ÜST-dən çıxır
- Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib
- Argentinada turistlərin gözü qarşısında aysberq çevrilib