Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Maradonanın son sözləri məlum oldu
Britaniyanın “The Mirror” nəşri Argentina mənbələrinə istinadən ötən gün vəfat edən əfsanəvi futbolçu Dieqo Maradonanın həyatının son saatları barədə məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, D.Maradona səhər saatlarında görünüşü solğun halda yuxudan oyanıb və soyuqdan şikayət edib.
Səhər yeməyini yeyən əfsanəvi futbolçu yatağına qayıdıb və son dəfə “Me siento mal” (İspan dilindən tərcümədə “özümü pis hiss edirəm” deməkdir) sözlərini deyib.
D.Maradonaya qulluq edən tibb bacısı dərhal təcili tibbi yardım xidmətini çağırıb. Lakin həkimlər Maradonanın həyatını xilas edə bilməyiblər.
Əfsanəvi argentinalı futbolçu yerli vaxtla saat 12:00 radələrində vəfat edib.
Qeyd edək ki, əfsanəvi futbolçu ilə vida mərasimi Argentinadakı Kasa Rosa adlandırılan prezident sarayında baş tutacaq.
Vida mərasim yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə saat 13:00-da) başlayıb saat 16:00-da (Bakı vaxtı ilə 23:00) başa çatacaq.
"Argentina" teqi üzrə xəbərlər
- Argentina prezidenti altı saat ərzində LIBRA mem-tokenini yüksəltdi və "dəfn etdi"
- Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı mühüm qərar qəbul edildi
- ABŞ-dən sonra Argentina da ÜST-dən çıxır
- Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib
- Argentinada turistlərin gözü qarşısında aysberq çevrilib