Madridin “Real” klubunun hücumçusu Kərim Benzema “Kral klubu” ilə müqaviləsini yeniləmək niyyətində deyil.
Bu barədə “Marca” agentliyi məlumat yayıb.
Mənbə iddia edir ki, K.Benzema 2022-ci ildə hansı fiziki formada olacağına və komandadakı mövqeyini itirib-itirməməsinə əsasən qərar verəcək.
33 yaşlı fransalı hücumçunun keçmiş klubu “Lion”a qayıtması da istisna deyil.