"Sülh naminə güləş" təşkilatı ilə Azərbaycan Güləş Federasiyası arasında Anlaşma Memorandumunun imzalanması Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişafına töhfə verəcək".
Oxu.Az xəbər verir ki, bu fikirləri ABŞ-nin Azərbaycandakı səfirliyinin ictimai diplomatiya üzrə müşaviri Mark Hakef səsləndirib.
O bildirib ki, ABŞ səfirliyi bu əməkdaşlığı yüksək qiymətləndirir və buna görə Azərbaycan Güləş Federasiyasına təşəkkür edir.
"Azərbaycan indiyədək bir çox beynəlxalq idman tədbirinə uğurla ev sahibliyi edib. ABŞ-dən olan idmançılar Azərbaycana təkcə yarışlarda iştirak etmək üçün gəlmirlər, onlar həm də ölkənin tarixi və mədəniyyəti ilə yaxından tanış olurlar. Bu cür proqramların böyük faydası var. Onlar tərəflər arasında etimad və qarşılıqlı anlaşmanı daha da gücləndirir. "Sülh naminə güləş" təşkilatı ilə Azərbaycan Güləş Federasiyası arasında Anlaşma Memorandumunun imzalanması da bu münasibətlərin daha da inkişafına öz töhfəsini verəcək", - deyə Mark Hakef vurğulayıb.