Macarıstan yığması iyun ayında İsveç və Azərbaycan milli komandaları ilə yoldaşlıq qarşılaşmaları keçirəcək.
Oxu.Az xəbər verir ki, "ağ-qırmızılar"ın baş məşqçisi Marko Rossi qarşılaşacaqları rəqibləri müqayisə edib:
"Hər iki rəqibin üslubu fərqlidir. İsveç yığması top-liqalardan yaxşı oyunçuların yer aldığı güclü komandadır. Azərbaycan İsveç qədər güclü olmasa da, fərqli komandadır. Evdə də oyunçular yaxşı oynayırlar. Hər iki oyunda qələbə qazanmaq istəyirik".
Əlavə edək ki, Azərbaycan - Macarıstan matçı iyunun 6-da Mərdəkanda yerləşən "Liv Bona Dea Arena" stadionunda keçiriləcək.