Misli Premyer Liqasının XXII turunda "Zirə" səfərdə "Araz-Naxçıvan"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutan qarşılaşmada "qartallar" 1:0 hesabı ilə qələbə qazanıblar.
67-ci dəqiqədə Ayron Qomis görüşdə yeganə qolu vurub.
"Zirə" bu qələbə ilə xallarının sayını 38-ə çatdırıb və turnir cədvəlinin dördüncü sırasında qərarlaşıb. "Araz-Naxçıvan" isə 33 xalla beşincidir.
Qeyd edək ki, turun açılış matçında "Kəpəz" "Sumqayıt"a (3:0) qalib gəlib. Tura martın 1-də yekun vurulacaq.
Misli Premyer Liqasında XXII turun açılış oyununda "Kəpəz" və "Sumqayıt" komandaları qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüş Gəncə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 2-ci dəqiqədə Ryonosuke Ohori açıb. 19-cu dəqiqədə Luis Paçu fərqi artırıb. Braziliyalı forvard 40-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək yekun nəticəni müəyyənləşdirib.
"Kimyaçılar"ın yarımmüdafiəçisi Nikola Ninkoviç 62-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.
Bununla da "Kəpəz" xallarının sayını 16-ya çatdıraraq 10-cu pilləyə yüksəlib. "Sumqayıt" 31 xalla altıncıdır.
Bu gün Misli Premyer Liqasında XXII tura start verilir.
Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutacaq.
Günün ilk oyununda "Kəpəz" "Sumqayıt" ilə üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:30-da çalınacaq.
Günün son görüşündə isə "Araz-Naxçıvan" öz meydanında "Zirə"ni qəbul edəcək. "Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşma 18:00-da başlayacaq.
Misli Premyer Liqası
II dövrə, XXII tur
27 fevral
14:30, "Kəpəz" - "Sumqayıt"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu.
18:00, "Araz-Naxçıvan" - "Zirə"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
"Liv Bona Dea Arena".