Misli Premyer Liqasında XXVI turun son oyununda "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib.
Oxu.Az xəbər verir ki, yarışın lideri "Liv Bona Dea Arena"da baş tutan matçda 4:2 hesablı qələbəyə sevinib.
"Bayquşlar"ın qalibiyyət qollarını Velko Simiç (13), Coy Lens Mikels (37-p. 62-p.) və Kahim Parris (81) vurublar. Meydan sahiblərinin heyətində isə Felipe Santos (7) və Hamidu Keyta (25) fərqləniblər.
Bu qələbə birinci pillədə olan "Sabah"ın turnir cədvəlindəki xallarını 65-ə çatdırıb. "Araz-Naxçıvan" isə 39 xalla altıncı sıradadır.
Bakı kollektivinin heyətində dubl edən Coy Lens Mikels başçılıq etdiyi bombardirlər yarışında vurduğu qolların sayını 17-ə çatdırıb və ən yaxın izləyicisi olan komanda yoldaşı Velko Simiçi (11 qol) bir qədər də üstələyib.
Misli Premyer Liqasının XXVI turunda "Zirə" "Şamaxı" ilə bərabərə qalıb.
Oxu.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda hesab 69-cu dəqiqədə açılıb.
Ev sahiblərinin heyətində Leroy Mikels fərqlənib.
Qonaqlar məğlubiyyətdən yalnız 90+2-ci dəqiqədə qaça biliblər. Edqar Adilxanov yekun nəticəni müəyyənləşdirib.
Oyun bir sıra maraqlı hadisələrlə yadda qalıb. Əvvəlcə "Şamaxı"nın heyətində, 53-cü dəqiqədə Dioqo Balau kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub. 12 dəqiqə sonra isə "Zirə"nin futbolçusu Ruan Renato kobud oyuna görə təyin olunan penaltini dirəyə vurub.
"Zirə" 43 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alıb. "Şamaxı" isə 31 xalla səkkizincidir.
Misli Premyer Liqasının XXVI turunda "İmişli" və "Turan Tovuz" komandaları üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə qolları "İmişli"nin heyətində Dioqo Kardozo (45) və "Turan Tovuz"un heyətində Mark Rene Mampassi (53) vurublar.
Qeyd edək ki, daha əvvəl "Qəbələ" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1), "Qarabağ" "Karvan-Yevlax"ı (7:0) məğlub edib.
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI tura yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə üç qarşılaşma keçiriləcək.
Günün ilk matçında "İmişli" "Turan Tovuz"u qəbul edəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 15:00-da başlayacaq.
Digər oyunda isə avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan "Zirə" "Şamaxı"nı sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 17:15-də start götürəcək.
Turun son qarşılaşmasında isə "Araz-Naxçıvan" klubu lider "Sabah"la üz-üzə gələcək. "Liv Bona Dea Arena"da keçiriləcək bu matç saat 19:30-da start götürəcək.
7 aprel
15:00, "İmişli" - "Turan Tovuz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, İslam Məmmədov;
VAR: Nicat İsmayıllı;
AVAR: Müslüm Əliyev;
Hakim-inspektor: Orxan Məmmədov;
AFFA nümayəndəsi: Rüfət Əmirov;
Quba OİK stadionu.
17:15, "Zirə" - "Şamaxı"
Hakimlər: Elçin Məsiyev, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov;
VAR: Rauf Cabarov;
AVAR: Pərvin Talıbov;
Hakim-inspektor: Munis Abdullayev;
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov;
Zirə İdman Kompleksinin stadionu.
19:30, "Araz-Naxçıvan" - "Sabah"
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Rəşad Əhmədov;
VAR: Tural Qurbanov;
AVAR: Zeynal Zeynalov;
Hakim-inspektor: Ömər Paşayev;
AFFA nümayəndəsi: Yavər Rəhimov;
"Liv Bona Dea Arena".