Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Marko Veşoviçin "Qarabağ"dakı taleyinə aydınlıq gətirildi
"Qarabağ" yay transfer dönəmi üçün çalışmalara başlayıb.
Oxu.Az "Apasport"a istinadən xəbər verir ki, klub Marko Veşoviçlə bağlı qərarını verib.
Ağdam təmsilçisi monteneqrolunun çıxışından məmnundur.
Tək mənfi nüans futbolçunun zədəyəmeyilli olmasıdır. Tez-tez zədələnən müdafiəçi cari mövsümün təxminən yarısında meydana çıxa bilməyib.
Buna baxmayaraq, klub Veşoviçi heyətində saxlamaq niyyətindədir. Müqaviləsi yayda bitən oyunçuya yeni sözləşmə təklif olunacaq.
Onun özünün də komandada qalmaq istədiyi bildirilir.
Qeyd edək ki, Marko 2021-ci ilin yayından "Qarabağ"ın şərəfini qoruyur.
"Futbol transfer xəbərləri" teqi üzrə xəbərlər
- Antuan Qrizman "Los-Anceles" klubu ilə danışıqlara başladı
- Barış Alper Yılmazı transfer etmək istəyən klublar 40 milyon avro ödəməli olacaqlar
- Mario Lemina yenidən İtaliya A Seriyasında çıxış edə bilər
- Vensan Abubakar "Qarabağ"a keçməyə çox yaxındır
- "Qalatasaray" tacından azarkeşlərin ürəyinə düşən ulduz - Fernando Muslera
Ən çox oxunanlar