Qarabağ Regional Mədəniyyət İdarəsinə yeni rəis təyinatı olub.
Oxu.Az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Nazirliyin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, əmrə əsasən, Aydın Bəşir oğlu Bəşirov sözügedən idarənin rəisi təyin edilib.
Xatırladaq ki, bu vəzifəni Qalib Şamil oğlu Həsənov icra edirdi.
Əzizə İsmayılova