Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Əmək pensiyaları haqqında" qanuna dəyişikliklə bağlı TƏKLİF
Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya təminatı sistemi təkmilləşdirilir.
Oxu.az xəbər verir ki, bu, "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunacaq.
Təklif olunan dəyişiklik qəbul olunacağı halda, yeni qaydanın tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.
Qeyd edək ki, layihə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Mərahim Nəsib
"Əmək pensiyaları haqqında" teqi üzrə xəbərlər
- Pensiyalarla bağlı təklif üçüncü oxunuşdan keçdi
- Güzəştli şərtlərlə yaşa görə müavinət neçə yaşdan hesablanır və necə ödənilir?
- Mülki aviasiya heyətində işləyənlərin sığorta stajları ilə bağlı TƏKLİF
- Azərbaycanda sosial təminatla bağlı vəziyyət açıqlanıb
- Güzəştli pensiyaya çıxmaq hüququ olan ailələrə müavinət ödənilməlidir?