“Bu nəticə kifayət deyil, biz bu gecə oyunun necə keçdiyini gördük”.
Bu sözləri UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı oyun barədə danışan “Marsel”in futbolçusu Pol Lirola deyib.
“İki top üstünlüyə baxmayaraq, biz çox ehtiyatlı olmalıyıq. Orada da qalib gəlməliyik. Komandada olan hər kəs yaxşı oynadı. Xüsusən ilk hissədə çox çətinlik çəkdik, ancaq oyunu yaxşı başa vura bildik”, - deyə P.Lirola bildirib.
Mənbə: Lequipe