"Qarabağ" klubu Mateuş Koxalskinin transferi məsələsinə münasibət bildirib.
Bu barədə Oxu.Az-a klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev açıqlama verib.
"M.Koxalski ilə bağlı heç bir rəsmi təklif yoxdur və hazırda oyunçu komanda ilə növbəti oyunlar üçün məşq prosesi keçir", - deyə A.Hacıyev qeyd edib.
Murad Nəsimi
Mateuş Koxalski Avropanın güclü klublarının transfer siyahısına düşüb.
Oxu.Az Polşa mətbuatına istinadən xəbər verir ki, "Qarabağ"ın qolkiperi UEFA Çempionlar Liqasındakı performansından sonra İtaliyanın "Napoli" və Almaniyanın "Borussiya Dortmund" kimi önəmli klublarının diqqətini cəlb edib.
Məlumata görə, "Borussiya Dortmund" artıq qapıçının meneceri ilə danışıqlara başlayıb. "Napoli" klubu isə qış transfer pəncərəsində Koxalski üçün "Qarabağ"a rəsmi təklif göndərməyə hazırlaşır.