Ağdamın "Qarabağ" klubu ilə yollarını ayırmağa hazırlaşan polşalı qolkiper Mateuş Koxalskinin karyerasını harada davam etdirəcəyi artıq bəllidir.
Oxu.Az-ın Polşa mediasına istinadən yaydığı məlumata görə, qapıçı vətəninə dönərək Krakovun "Vyeçista" komandası ilə razılığa gəlib.
Gözlənilir ki, Azərbaycan çempionu bu keçiddən öz büdcəsinə təqribən 500 min avro məbləğində vəsait daxil edəcək.
Xatırladaq ki, Ağdam təmsilçisi 2024-cü ilin yay transfer pəncərəsində Mateuş Koxalskini heyətinə qatmaq üçün təqribən 1 milyon avro xərcləmişdi. Polşalı qolkiper bu müddət ərzində "Qarabağ"ın formasını ümumilikdə 76 matçda geyinib.