Gəncə şəhərində zəncirvari qəza olub.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.
KIA, VAZ-2107 və "Ford Fusion" markalı avtomobillərin toqquşması nəticəsində 1986-cı il təvəllüdü Ülviyyə Rəsulova, 1995-ci il təvəllüdlü İlham Ələkbərov və 2008-ci il təvəllüdlü Mayıl Muradov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12