Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Məhkəmə "Formula-1" komandasının rəhbəri üzündən Britaniya mətbuatına qadağa qoydu
Məhkəmə Avstriyanın "Red Bull" komandasının rəhbəri Kristian Hornerin əməkdaşlardan birinə qarşı nalayiq davranışının araşdırılması ilə bağlı Britaniya mətbuatında hadisələrin işıqlandırılmasını qadağan edən qərar qəbul edib.
Oxu.Az "De Telegraaf" nəşrinə istinadən xəbər verir ki, artıq bir neçə KİV bu qadağanın əleyhinə çıxış edib.
Keçən il "Red Bull" komandasının rəhbərinə qarşı daxili araşdırma aparılıb və onun günahsız olduğu müəyyən edilib.
Mənbənin sözlərinə görə, bundan sonra işin əmək məhkəməsində davam etdirilməsi planlaşdırılır. Məhkəmənin ilk iclası 2026-cı ilin yanvarında olmalıdır.
"Red Bull" teqi üzrə xəbərlər
Ən çox oxunanlar