Formula 1 üzrə Avstraliya Qran Prisinin ilk etapının qalibi “Mercedes” komandasının pilotu Niko Rosberq olub.
Oxu.Az xəbər verir ki, yarışı ikinci yerdə eyni komandanın üzvü olan britaniyalı Lyuis Hemilton başa vurub.
Üçüncü yerdə isə "Ferrari" pilotu Sebastian Fettel bərqərar olub.
Niko Rozberq, Mercedes AMG: “Hər kəsə dəstəyinə görə təşəkkür edirəm! Möhtəşəm həftəsonu keçirdik – komandamıza mükəmməl bolid hazırladıqlarına görə təşəkkür edirəm. Bu gün həqiqətən inanılmaz idi. Sevinirəm ki Ferrarini üstələyə bildik! Çempionatın gedişatı haqqında fikir bildirmək hələ çox tezdir, lakin mövsüm bizim üçün mükəmməl başladı. Qırmızı pilotları diqqətlə izləmək lazımdır, bu gün onlar bizə çox yaxın idilər. Biz əlimizdən gələni etməliyik ki, hər zaman irəlidə olaq.”
E.Ə.