Özbəkistan, Qırğızıstan və Tacikistan 2031-ci ildə Asiya kubokunu keçirməyə iddialıdırlar.
Oxu.Az xəbər verir ki, üç ölkənin federasiyaları Asiyanın əsas futbol turnirinə ev sahibliyi etmək üçün birgə müraciətlə bağlı razılığa gəliblər.
Bunun heç vaxt belə mötəbər turnir keçirməyən regionda futbolun inkişafı üçün mühüm addım olacağı bildirilir.
Mərkəzi Asiya Futbol Assosiasiyasının (CAFA) prezidenti Rüstəm Emomali ilk dəfə 2023-cü ildə bu təşəbbüsü irəli sürərək, Mərkəzi Asiyanın turniri yüksək səviyyədə keçirməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, İndoneziya, Küveyt, BƏƏ kimi ölkələr də 2031-ci ilə Asiya kubokuna ev sahibliyi etməyə iddialıdırlar.