Xorvatiya millisinin sabiq hücumçusu, vaxtilə “Monako” ilə Çempionlar Liqasının finalında oynamış Dado Prşo millimizin sabiq baş məşqçisi Robert Prosineçki haqda xoş sözlər söyləyib.
Oxu.Az xəbər verir ki, o, Xorvatiya millisində bir yerdə oynadıqları Prosineçkinin Bosniya və Herseqovina yığmasını irəliyə aparacağını bildirib:
“Mən onu yaxınlarda Splitdə xeyirxah məqsədlə keçirilən kiçik turnirdə görmüşəm. Fikrimcə, Robert Bosniya və Herseqovina millisini iddialı etməyə və möcüzə yaratmağa hazırdır. Əminəm ki, o, bu yığmanı növbəti Avropa çempionatına çıxaracaq”.
Xatırladaq ki, Robert Prosineçkinin dekabrda AFFA ilə müqaviləsi başa çatdığından, millimizdən ayrılıb. O, bu ay Bosniya və Herseqovina Futbol Federasiyası ilə əməkdaşlığa başlayıb.
Səbuhi TOFİQOĞLU
www.oxu.az