Məşhur idmançılarımız maraqlı layihəyə imza atıb.
Oxu.Az-ın xəbərinə görə, karateçi Rafael Ağayev, sərbəst güləşçilər Hacı Əliyev, Cəbrayıl Həsənov, kikboksçu Zabit Səmədov, sabiq karateçi İlyas Xəlilovun, eləcə də, sərbəst güləş millimizin məşqçisi Yaşar Əliyevin (Hacı Əliyevin böyük qardaşı – S.M.) övladları koronavirusa meydan oxuyublar.
Onlar insanları əllərini maye sabunla yumağa, dezinfeksiya məqsədilə spirtdən istifadəyə çağırıb.
Səbuhi Musayev