İtaliyanın “Napoli” klubu rəsmi Instagram səhifəsində Bakıdan foto paylaşıb.
“Bizim yeni formamız və möhtəşəm “Alov qüllələri”. Yeri gəlmişkən, bilirsiniz ki, Bakı və Napoli qardaş şəhərlərdir?”, - fotoya şərhdə yazılıb.
Qeyd edək ki, Çempionlar Liqasının 2017/2018 mövsümünün qrup mərhələsində Napoli klubu F qrupunda “Şaxtyor” (Ukrayna), “Mançester Siti” (İngiltərə) və “Feyenord” (Hollandiya) komandaları ilə mübarizə aparacaq.

S.B.
www.oxu.az