Rusiyan “Matç TV” telekanalının “Twitter” səhifəsində rusiyalı MMA döyüşçüsü Aleksandr Yemelyanenkonun polis tərəfindən saxlanıldığını əks etdirən görüntü yayılıb.
Bu haqda “RİA Novosti” xəbər verir.
Bundan əvvəl KİV-də sərxoş vəziyyətdə olan A.Yemelyanenkonun törədilən yol qəzasından sonra Kislovodskun polis əməkdaşları tərəfindən saxlanıldığına dair xəbər yayılmışdı.
O saxlanılan zaman DYP əməkdaşlarına müqavimət göstərib və hadisə yerindən qaçmağa çalışıb. Onu sonradan post-patrul xidməti əməkdaşlarının köməkliyi ilə saxlamağa nail olublar.