Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatlarının yarımfinal oyunlarında iştirak edən meydan oyunçuları arasında rekord müəyyənləşdirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, argentinalı futbolçu 2026-cı il dünya çempionatının İngiltərə millisinə qarşı yarımfinal oyununa 39 yaş 21 günlüyündə start heyətində çıxaraq turnir tarixində bu mərhələdə meydana çıxan ən yaşlı meydan oyunçusu olub.
Əvvəlki rekord 1958-ci il dünya çempionatının AFR və İsveç milliləri arasında keçirilən yarımfinalında 37 yaş 236 günlüyündə çıxış edən almaniyalı Frits Valter və isveçli Qunnar Qrenə məxsus idi.
Mütləq rekord isə İngiltərə millisinin sabiq qapıçısı Piter Şiltona məxsusdur. O, 1990-cı il dünya çempionatının yarımfinalında 40 yaşında meydana çıxıb.