Komanda yoldaşları ilə paltardəyişmə otağında final sevinci yaşayan Messi qəfildən sürprizlə üzləşib.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, FİFA nümayəndələri Messini qələbə sevinci yaşayarkən dopinq testinə aparıblar. Yoxlama zamanı çəkilən fotosunu İnstagram-da paylaşan Messi bunları deyib:
“Dopinq testinə bu dəfə mən tuş gəldim. Komanda yoldaşlarımla final sevincini yaşaya bilmədim. Bu komandanın bir parçası olduğuma görə fəxr edirəm. Hamınız fenomensiniz. Artıq finaldayıq. Dadını çıxaraq”.