Fələstin torpaqlarında məskunlaşan yəhudilərin fələstinlilərdən torpaq alması ilə əlaqədar hazırlanan gizli çəkiliş maraqlı parodiya və təəccüblü bir sonluqla nəticələnib.
Oxu.Az azadxeber.net saytına istinadən xəbər verir ki, qəzzalı 60 yaşlı Əbu Əymənin yəhudi cildinə girən şəxslərin təklifləri və basqınlarına qarşı sərgilədiyi mövqe, israillilərə torpaq satan fələstinlilərə dərs olub. Əymən əmi, yəhudi qılığına girən iki qəzzalı televiziya işçisinin torpağını satması üçün ona təklif etdiyi 3 milyon dollardan imtina edib.
Şirnikləşdirici və təhdid dolu sözlər müqabilində 60 yaşlı qəzzalı qocanın sərgilədiyi mövqe, yəhudi cildinə girən televiziya işçilərini sonda Əbu Əymənin əlini və alnını öpməyə məcbur edib.
Videoçarx yayımlandıqdan sonra onu izləyən yəhudilər qəzzalı Əymən əmi haqqında həqarət dolu sözlər yazaraq onu ölümlə təhdid ediblər.