AFFA Avropada irqçiliyə qarşı videoçarx hazırlamış ilk Avropa futbol assosiasiyası oldu.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, UEFA Lionel Messi, Frank Riberi, Haret Beylvə digər dünya futbol ulduzlarının iştirak etdiyi bu videoçarxı yerli assosiasiyaların öz futbol ulduzlarını oraya daxil etmələri üçün göndərib.
AFFA Azərbaycandan Rəşad Sadıxov, Ruslan Abışov və Rauf Əliyevi seçib və UEFA üzvləri arasından ilk dəfə olaraq, bu çarxı azarkeşlərin qiymətləndirməsinə təqdim edib.
Həmin videoçarxı təqdim edirik.