“Barselona” klubunun hücumçusu Lionel Messi karyerasını Argentinanın “Nyuells Old Boys” komandasında başa vurmaq istədiyini bildirib.
Oxu.Az-ın xəbəriə görə, futbolçunun sözlərini TyC Sports telekanalı sitat gətirir.
“Mən “Nyuells klubuna qayıtmaq istərdim, lakin bunun nə vaxt baş verəcəyini bilmirəm. Ölkədəki vəziyyəti məni çox narahat edir. Ailəm və uşaqlarım var, onlar hər şeydən vacibdirlər, sonra isə mənim arzularım barədə fikirləşmək olar. Mən təhlükəsizliyin təmin olunduğu yerdə həyatdan həzz almaq istəyirəm. Argentina hazırda çox pis vəziyyətdədir, burada səni soymaq istəyəndə öldürə də bilərlər”, - Messi deyib.
Xatırladaq ki, Lionel Messi noyabrın 25-də “Barselona” ilə 2021-ci ilə qədər yeni müqavilə imzalayıb. Bildirilir ki, bununla Messi dünyanın ən çox qazanan futbolçusu olub. Hücumçu bir ilə 43 milyon avro alır (bir aya 3,6 milyon, həftəyə 900 min, günə isə 125 min avro).
S.B.
www.oxu.az